Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub



Newscenter.az.29.06.2021. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.

Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Arzu

Xəbəri paylaş