Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Silahlı Qüvvələrinin 60%-dən çoxu Sibir çöllərində yerləşdirilib



Newscenter.az.29.06.2021. 16 iyul 2021-ci ildə Rusiya və Çin arasında "Dostluq, mehriban qonşuluq və strateji müttəfiqlik haqqında" imzalanmış müqavilənin 20 ili tamam olur. Bu müqvilə hər 5(beş) ildən bir yenilənir. Müqavilə 25 maddədən ibarətdir.

Müqavilənin şərtləri tərəflər arasında mövcud olan münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsini hədəfləyir. Hətta tərəflər bu müqavilə ilə nüvə silahından qarşılıqlı şəkildə bir-birinə qarşı istifadə etməyəcəklərini təsdiq ediblər. Eyni zamanda Rusiya və Çin bu müqavilənin şərtlərinə uyğun olaraq terrorizm, separatizm və ekstremizmlə birgə mübarizə aparmaq haqqında razılığa gəliblər.

Bu sözügedən müqavilənin ən maraqlı, həm də ən vacib bəndi 6-cı bəndir ki, burada tərəflər bir-birinə qarşı ərazi iddiaları etməyəcəkləri və həmçinin tərəflərin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə hörmət edəcəkləri ilə bağlı üzərlərinə öhdəlik götürüblər.
Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, yayılan bəzi informasiyalara və verilən hesabatlara əsasən, indi Rusiya Silahlı Qüvvələrinin təqribən 60%-dən artığı Ural dağlarından Şərqdə, daha dəqiq desək, ölkə əhalisinin daha az yaşadığı Sibir çöllərində yerləşdirilib. Sözügedən ərazilərə yerləşdirilmiş bu ordu hissələrinin əsas hissəsi Çinlə yaxın sərhəddə yerləşdirilib.

Baş vermiş proseslərdən belə qənaətə gəlmək olar ki, baxmaraq Rusiya və Çin arasında dostluq, mehriban qonşuluq və strateji müttəfiqlik haqqında müqavilə 20 ildən çoxdur ki, müvcuddur bu tərəflər arasında münasibətlərin o qədər də möhkəm olduğunu deməyə əsas vermir.
Hesab edirəm ki, son zamanlar Çinin Mərkəzi Asiyada Rusiyanı sıxışdırmağa başlaması Rusiya üçün ən böyük təhdid və təhlükə məhz Çindən gözlənildiyini deməyə əsas verir. Əgər belə olmasaydı, Rusiya ordusunun böyük hissəsini Şərqdə yerləşdirməzdi.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş