Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə Abşeron rayonunun Saray qəsəbəsində qəbul keçirib-FOTOLAR



Newscenter.az.30.06.2021. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Seyidzadə 29 iyun tarixində Abşeron rayonunun Saray qəsəbəsində fərdi vətəndaş qəbulu keçirib.

Newscenter.az Şahin Seyidzadənin Deputat Qərargahına istinadən xəbər verir ki, ümumilikdə şəhid ailələri daxil olmaqla 19 vətəndaşın iştirak etdiyi qəbulda məşğulluq, rabitə təminatı, yol infrastrukturu, mədəniyyət, tibb, ipoteka krediti, torpaq, işıq, hüquq, şəhid adının əbədiləşdirilməsi və təltiflər mövzuları ətrafında müraciətlər səsləndirilib.

NEWSCENTER.AZ

Xəbəri paylaş