Newscenter.az.30.06.2021. Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyinə xeyli miqdarda qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.
Newscenter.az-a DGK-dan bildirilib ki, müvafiq məhkəmə qərarları ilə dövlət nəfinə müsadirə edilən və dövlət xeyrinə imtina olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 88 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən xeyli miqdarda qeyri-ərzaq məhsulları, habelə 16533 ədəd dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinə təhvil verilib.
Sevinc