Newscenter.az.27.07.2021. Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır.Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülüb.Ancaq daha çox iş görə bilərdik.Biz, əlbəttə, ilk növbədə , mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu , həm çox vaxt, həmdə böyük vəsait aparır.Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub yada, öz sağlamlığını itirib.Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda , Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxaq ədalətsizliyin təzahürüdür.Bu, ədalətsiz mövqedir.Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həmdə potensialı baxımından.Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi.Yəni, bu onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir.Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir.Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır.100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib.Ona görədə bu məsələlər gərək gündəlikdən düşməsin.Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır.Bu, bir halda Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyinin təzahürüdür.Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.
Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-inin indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə ona hörmət etməyi öyrənməlidir. Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in, bunu “erməni xalqına qarşı təhlükə” və “bölgə üçün təhdid” bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyllərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir. 30 ilə yaxın bir müddətdə ermənilərin işğalına 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatını yaşamasına məhkum olunmalarına göz yumdular. Azərbaycanın suveren hüquqlarının həmin torpaqlarda bərpa olunması, torpaqların işğaldan azad olunması istiqamətində heç bir addım atmadılar. “Gözünün üstə qaşın var” deyilməyən ermənilər bu münasibətdən ruhlanaraq, arxayınlaşaraq torpaqları işğalda saxlamağı, danışıqlar prosesini öz maraqları üçün uzatmağı davam etdirdilər. Bu müddət ərzində Birləşmiş Millətlər Təşkilatı ermənilərin keçmiş DQMV və ətraf 7 rayonundan işğalçı erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə, ATƏT-in, Avropa Şurası Parlamenti Assambleyasının, digər beynəlxalq qurumların bu barədə qərarları Ermənistan tərəfindən yerinə yetirilmədi, heçə endirildi. Bu günədək qeyd olunan hüquqi beynəlxalq sənədlərə, aktlara ermənilər məhəl qoymur, laqeydlik nümayiş etdirirlər. Hətta ATƏT-in Mins Qrupunun Rusiyadan, ABŞ-dan, Fransadan olan həmsədrləri belə məsələni bilavasitə 27 il uzadılmasına, əslində isə Ermənistanı dəstəkləməyə qərarlı oldular.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının sədr-müavini