Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-İsrail əlaqələrinin normallaşması regional və qlobal səviyyədə öz təsirini göstərəcək



Newscenter.az.19.11.2021. İsrailin "Jerusalem" xəbər portalı xəbər yayıb dünən İsrail baş naziri Naftali Bennet Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi qurub. Tərəflər arasında baş tutan bu telefon danışığının rəsmi açıqlamsında qeyd edilir ki, İsrail baş naziri Naftali Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib və həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib. Bennet onu da bildirib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir. Ərdoğan da öz növbəsində tərəflər arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bildirib.

Nəzərə alsaq ki, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığı baş tutmayıb və tərəflər arasında daima gərginlik müşahidə edilib, o zaman 8 ildən sonra ilk dəfə İsrailin baş nazirinin Türkiyə prezidentinə zəng etməsi və telefonla danışmasını təsadüf hesab etmək olmaz.

Fikrimcə, bir neçə gün öncə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun İrana səfəri və orada yüksək çinli dövlət rəsmiləri ilə keçirdiyi görüşlərə və verilən açıqlamalara baxsaq İsrail baş nazirinin 8 ildən sonra niyə Türkiyə prezidentinə zəng etməsinin səbəbini öyrənmək mümkündür.

Türkiyənin son dövrlər həm Aralıq dənizində, həm Yaxın Şərqdə, həm Şimali Afrikada, həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada, həm də Balkanlarda artan nüfuzu İran və İsraili onunla əlaqələrə yenidən baxmağa və daha normal əlaqələr qurmağa vadar edir.

Artıq 8 ildən artıq müddətdə tərəflər arasında davam edən gərginliyə baxmayaraq, statistika nəzər saldıqda Türkiyə və İsrail arasında 2020-ci ildə ümumi ticarət dövriysinin 6.2 milyar dollar həcmində olduğunu görmək mümkündür.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun İran səfəri zamanı prezident İbrahim Rəisi tərəfindən Türkiyə və Azərbaycan barəsində verilən müsbət mesajların da İsrailin diqqətin kənarda qalacağını düşünmək olmaz. Təbii ki, tərəflər arasında əlaqələrin normallaşması baş tutarsa, bu hər iki tərəf üçün faydalı ola bilər. Burada söhbət siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələri ilə bağlıdır. Əgər tərəflər arasında mövcud olan gərginlik şəraitində ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan artıq olmuşdursa, əlaqələrin qurulmasından sonra bu rəqəmin daha da artacağı real görünür.

Nəzərə alsaq ki, Türkiyə 1949-cu ildə İsraillə diplomatik əlaqə quran ilk müsəlman dövlət olub, o zaman gərginliyin aradan qalxması mümkün ola biıəcəyinə inam daha da artmaqdadır.

Türkiyə və İsrail arasında əlaqələr yenidən normallaşarsa bu təkcə iki ölkə arasındakı əlaqələrə deyil, eyni zamanda regional və qlobal səviyyədə öz təsirini göstərəcək. Əlbəttə ki, xarici siyasətlə bağlı bəzi məsələlərdə, xüsusilə də Suriya siyasəti ilə bağlı məsələlərdə Türkiyə və İsrailin mövqeyi üst-üstə düşür, amma tərəflərin kəsişən çox mövqeləri də var. Həm Qara dənizdə, həm Fələstin məsələsində, həm də digər məsələlərdə tərəflər arasında fikir ayrılıqları qalmaqdadır.

Samir Hümbətov-siyasi ekspert
Xəbəri paylaş