Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana iqtisadiyyatına "Holland xəstəliyi" yenidən qayıdıb



Newscenter.az.3.01.2022. 2021-ci ilin iqtisadi yekunları hələ açıqlanmasa da, ötən ilin 11 ayının nəticələri, qərarlaşan tendensiyalar və formalaşan meyllər 15 il əvvəl Azərbaycan iqtisadiyyatında müşahidə olunmuş xəstəliyi şərtləndirən bir sıra faktorları yenidən fəallaşdırıb.

Fikrimcə, hazırda milli iqtisadiyyatda "Holland xəstəliyi"nin aşağıdakı simptompları müşahidə olunur:

1) İdxal, xüsusilə də ölkəyə qida mallarının gətirilməsi artır. Belə ki, bu ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı 238,5 milyon dollar və ya 16,3 faiz artıb. Bu dövrdə ölkəyə bütövlükdə 1,7 milyard dollarlıq yeyinti məhsulu gətirilib. Bununla yanaşı ötən ilin yanvar-oktyabr aylarında idxal qiymətləri indeksinin orta illik artımı 21,4 faizə çatıb.

2) İstehlak və istehlakçı qiymətləri indekslərinin hər ikisi artır. Rəsmi statistikaya görə 2021-ci ilin noyabr ayı 2020-ci ilin noyabr ayına nəzərən illik inflyasiya ikirəqəmli -11.1 faiz olub, orta illik inflyasiya isə yanvar-noyabr aylarında 6.2 faiz qeydə alınıb. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-noyabr aylarında 3.9 faiz təşkil edib. Digər hesablamalara görə, yalnız daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması adı ilə kommunal tariflərin qaldırılması illik inflyasiyanın 1/4-ni formalaşdırıb. Bundan əlavə ötən il istehsalçı qiymətləri indeksi də artıma meyilli olub. Oktyabrda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 29.9 faiz, kənd təsərrüfatı istehsalçı indeksi isə 14.4 faiz, daşıma xərclərinin artması ilə avtomobil nəqliyyatı ilə ölkədaxili yükdaşıma qiymətlər indeksi illik olaraq 11.7 faiz artıb.

3) Ötən il ərzində manat ABŞ dollarına nisbətdə sabit qalsa da, əsas ticarət tərəfdaşı olan Avropa Birliyinin vahid valyutası avroya nisbətdə bahalaşıb. Bu səbəbdə Dövlət Neft Fondunun itkisi, büdcədənkənar xərcləri 500 milyon manatdan çox olub.

4) Xarici sərmayələrin, kapitalın, texnologiyanın yenə də əsas istiqaməti neft sektorudur. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönələn bütün növ sərmayələr 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,9 faiz azalıb. Göründüyü kimi, qeyri neft-qaz sektoruna yönəldilən sərmayələrin azalma səviyyəsi ümumi azalma tempindən daha yüksəkdir.

Qubad İbadoğlu-iqtisadçı
Xəbəri paylaş