Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Devalvasiya olacaqmı?



Newscenter.az.16.01.2022. 12 yanvarda İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində açıqladığı aşağıdakı fikirlər devalvasiya müzakirələrini intensivləşdirib.

Öncə İlham Əliyevin açıqlama verib ki, "uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb." Sonra o deyib ki, "bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik." İlham Əliyev eyni zamanda onu da bildirib ki, "uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb."

Bunlarla əlaqədar olaraq diqqətinizi bir neçə məqama cəlb etmək istərdim.

Əvvala manat sabitdir fikri yalnışdır. Manat yalnız ABŞ dollarına nisbətdə sabitdir. Son zamanlar Avroya nisbətdə dəyər qazanan manat indi itirməyə başlayıb. Bu dəyişiklik yalnız avroya deyil, həm də ingilis funt sterlinqə münasibətdə müşahidə olunur. Eləcə də son aylar rubla nistbətdə dəyər qazanan manat indi onu itirir. Türk lirəsinə gəlincə manat ona nisbətdə xeyli möhkəmlənib. Hazırda manatın yalnız ABŞ dollarına nisbətdə sabit qalıb, Avroya və İngilis funt sterlinqinə nisbətdə dəyər itirməsi dünya valyuta bazarınd dolların mövqeyinin zəifləməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, manat, Mərkəzi bank kimi müstəqil deyil, dolları təkrarlamaqla məşğuldur.

İkincisi, İlham Əliyev jurnalistlərə izah edir ki, "devalvasiya addımının gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi." Bəs nədən 2015-ci ildə devalvasiya addımı gecikdi? Ona qarşı kimlər çıxış edirdi? Bu barədə yerində yaranmış sualları jurnalistlərin heç biri İlham Əliyevə ünvanlamadı.

Üçüncüsü, İlham Əliyev 10 milyard dollarıq itkidən danışıb, amma qazanclardan bəhs etməyib. Bildiyiniz kimi iqtisadiyyatda itirən varsa qazanan da mövcuddur. Bu sualın cavabını Meydan TV-də dərc edilmiş araşdırma yazısından tapmaq olar. Rəsmi açıqlamaya görə 2015-ci ilidə PAŞA Bankın cəmi aktivləri 80 faiz artıb. Meydan TV iddia edir ki, "PAŞA Bank valyuta mübadiləsindən sanballı qazanc əldə edib. Ancaq o hər hansı tranzaksiyalar barədə hesabat vermədiyinə görə gəlirin dəqiq məbləği məlum deyil. 2014 və 2015-ci illər arasında bank özünün xarici valyuta depozitlərinin həcmini iki dəfə artırıb. Bank öz hesbatının “xarici mübadilələr və hərəkətlər” hissəsində 2015-ci ildə 35,9 milyon manat (təxminən 28 milyon dollar) qazandığını qeyd edir. Bu isə əvvəlki ilin göstəricisi ilə müqayisədə 6 dəfə çoxdur.

Dördüncüsü, itkilər yalnız dövləti valyuta ehtiyatlarının əriməsi ilə bitmir. Bundan əlavə həmin dövrdə 4 bank bağlandı, 2 bank isə birləşdi. Əhali, biznes arasında 10 min dollardan çox krediti xarici valyuta ilə götürənlərin itkiləri indiyədək kompensasiya olunmur. Onların zərərləri hər gün artır.
Nəhayət, hər kəsi maraqlandıran İlham Əliyevin devalvasiya açıqlaması verməsidir. Nədən indi bu barədə danışır. Əcaba yenə devalvasiya hazırlığı gedirmi? Əksəriyyət narahatdır. Çünki, manatın məzənnəsi Azərbaycanda iqtisadı deyil, siyasi məsələdir. Bundan hakimiyyətdə yalnız İlham Əliyev danışa bilər. Müstəqli Mərkəzi Bank olmadığından sədrin açıqlaması belə ciddi qəbul olunmur. Digər tərəfdən də 2015-ci ilin ilk devalvasiyasından əvvəl manat sabitdir, heç bir dəyişiklik olmayacaq deyən MB sədri Elman Rüstəmov çoxdan etimadını itirib. İndi onun də deməsi maraqlı görsənmir.

Gəlin rəqəmlərə diqqət edək. Bu ilin və ya ayın ilk 15 günündə MB 3 valyuta hərracı keçirib və artıq Dövlət Neft Fondu 324,1 milyon dollar satışa çıxarıb. Göründüyü kimi orta satış məbləği 108 milyon dollardır. Bu əvvəli ilin valyuta hərraclarının orta göstəricindən yüksəkdir. Onda nə baş verir və bizi nə gözləyir?

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş