Newscenter.az.30.01.2022. Türkiyə və Ermənistan arasında xüsusi nümayəndələrin təyin olunmasından sonra xüsusilə İrəvanda dialoqun intensivləşləşməsinə maraq hiss olunur. Ermənistanın xarici işlər naziir Ararat Mirzoyan parlamentdə bildirib ki, Türkiyə hökuməti münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməyib. Moskvada baş tutan ilk görüşdə tərəflər məqsəd və gözləntilər ətrafında müzakirə aparıblar. Ankara da öz növbəsində bəyan edib ki, əslində məqsəd tam normallaşmadır.
Bu fikirtrləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, ermənilər də bundan çox razıdırlar:
"Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyir, növbəti görüşlərdə isə etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Növbəti mərhələdə Ermənistan rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq. Belə ki, Türkiyə tərəfinin dəvətilə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirakı gözlənilir. Paşinyan özü də əslində dialoqun dinamikasının artmasını ölkəsi üçün fürsət adlandırıb. Həqiqətən də Azərbaycanla olduğu kimi, Türkiyə ilə münasibətlərin normallaşması daha çox Ermənistana lazımdır. Doğrudur, Türkiyə üçün bu açılım regional inteqrasiya üçün əhəmiyyət kəsb edir. Ermənistan üzərindən daha geniş coğrafiyaya açılım əlbəttə, yeni imkanlar, bölgədə daha da möhkəmlənən nüfuz deməkdir. Ermənistan üçün isə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələrin bərpası tək imkandır. Yəni, Azərbaycan və Türkiyə üçün bu normallaşma əlavə qazanc olduğu halda bu, Ermənistan üçün yeganə çıxış yoludur. Çünki 30 ildir, işğal siyasəti ucbatından özünü təcrid vəziyyətinə salan Ermənistan üçün indi yeni nəfəslik açılıb. Türkiyə tərəfinin verdiyi məlumata görə, fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Bu isə çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün hava və su qədər vacibdir".
Deputat qeyd edib ki, Ermənistanda isə hələ də saxta soyqırım iddialarını gündəmə gətirərək, normallaşmanı kəskin tənqid edən radikal qruplar var:
"Erməni lobbisi də normallaşmanın əleyhinədir. Lakin indiki vəziyyətdə lobbi Ermənistanda hökümətin qərarlarına təsirli təzyiq göstərmək gücündə deyil. ABŞ və Avropa İttifaqı da Ankara-İrəvan münasibətlərinin normallaşmasında maraqlı olduğunu açıqlayıb. Doğrudur, Qərbdə bu normallaşmaya Ermənistanın Rusiyadan asılılığının azalması ümidi ilə yanaşırlar. Lakin ilk görüşün məhz Moskvada keçirildiyini nəzərə alsaq, Ermənistanın hətta Türkiyə və Azərbaycanla əlaqələri bərpa etsə belə, forpost imicindən xilas olacağı inandırıcı görünmür.
Beləliklə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə yaratdığı yeni reallıqlardan biri də budur. Bu gün bütün dünya Cənubi Qafqazda normallaşma prosesini Azərbaycanın böyük qələbəsinin nəticəsi kimi dəyərləndirir. Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, bu gün Ankara ilə normallaşmadan söhbət belə gedə bilməzdi. Bundan sonrakı mərhələlərdə Bakı bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirəcək".
Könül Nurullayevanın sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyini bəyan edib:
"İki ölkə arasında xüsusi nümayəndələrin təyin olunmasından sonra xüsusilə Ermənistan tərəfdən dialoqun intensivləşləşməsinə maraq hiss olunur. Ermənistanın xarici işlər naziir Ararat Mirzoyan parlamentdə bildirib ki, Türkiyə hökuməti münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməyib. Moskvada baş tutan ilk görüşdə tərəflər məqsəd və gözləntilər ətrafında müzakirə aparıblar. Ankara da öz növbəsində bəyan edib ki, əslində məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyir, növbəti görüşlərdə isə etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Növbəti mərhələdə Ermənistan rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq. Belə ki, Türkiyə tərəfinin dəvətilə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirakı gözlənilir. Paşinyan özü də əslində dialoqun dinamikasının artmasını ölkəsi üçün fürsət adlandırıb. Həqiqətən də Azərbaycanla olduğu kimi, Türkiyə ilə münasibətlərin normallaşması daha çox Ermənistana lazımdır. Doğrudur, Türkiyə üçün bu açılım regional inteqrasiya üçün əhəmiyyət kəsb edir. Ermənistan üzərindən daha geniş coğrafiyaya açılım əlbəttə, yeni imkanlar, bölgədə daha da möhkəmlənən nüfuz deməkdir. Ermənistan üçün isə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələrin bərpası tək imkandır. Yəni, Azərbaycan və Türkiyə üçün bu normallaşma əlavə qazanc olduğu halda bu, Ermənistan üçün yeganə çıxış yoludur. Çünki 30 ildir, işğal siyasəti ucbatından özünü təcrid vəziyyətinə salan Ermənistan üçün indi yeni nəfəslik açılıb. Türkiyə tərəfinin verdiyi məlumata görə, fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Bu isə çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün hava və su qədər vacibdir".
Deputat onu da bildirib ki, Ermənistanda isə hələ də saxta soyqırım iddialarını gündəmə gətirərək, normallaşmanı kəskin tənqid edən radikal qruplar var. Erməni lobbisi də normallaşmanın əleyhinədir:
"Lakin indiki vəziyyətdə lobbi Ermənistanda hökümətin qərarlarına təsirli təzyiq göstərmək gücündə deyil. ABŞ və Avropa İttifaqı da Ankara-İrəvan münasibətlərinin normallaşmasında maraqlı olduğunu açıqlayıb. Doğrudur, Qərbdə bu normallaşmaya Ermənistanın Rusiyadan asılılığının azalması ümidi ilə yanaşırlar. Lakin ilk görüşün məhz Moskvada keçirildiyini nəzərə alsaq, Ermənistanın hətta Türkiyə və Azərbaycanla əlaqələri bərpa etsə belə, forpost imicindən xilas olacağı inandırıcı görünmür.
Beləliklə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə yaratdığı yeni reallıqlardan biri də budur. Bu gün bütün dünya Cənubi Qafqazda normallaşma prosesini Azərbaycanın böyük qələbəsinin nəticəsi kimi dəyərləndirir. Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, bu gün Ankara-İrəvan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməzdi".
Ruhiyyə