Newscenter.az.23.02.2022. "43 bənddən ibarət Bəyannamənin 5 bəndi hərbi, 4 bəndi humanitar, 8 bəndi siyasi, 10 bənd təhlükəsizlik və digər ümumi kontekslər üzrə olduğu halda iqtisadi fəaliyyətə aid düz 15 bənd var. Hər bəndi diqqətlə oxuduqda aydın olur ki, əvvəllər də eyni mahiyyətli razılaşmalar olub".
Newscenter.az xəbər verir ki, bu fikirlər iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, həm də Azərbaycan onsuz da burada elə bir bənd yoxdur ki, Rusiya ilə münaaibətlərdə ona əməl etməsin:
"Başqa sözlə bu Bəyannamənin bəndlərini oxuduqda sanki iki dövlət arasındakı münasibətlərin gələcəyi haqqında deyil, dünən və bü günü haqqındadır. Yəni onsuz da bu razılaşmaya münasibətlər çərçivəsində əməl edilir və ictimaiyyət bunu belə də qəbul edirdi Sual ola bilər ki, bəs onda Rusiyanın Bəyannamə təşəbbüsünə əsas səbəb nə oldu? Hesab edirəm ki, yuxarıda bəndlərin təsnifləşdirilməsində bu sualın cavabı var. Bəyannamənın daha çox bəndində iqtisadi fəaliyyətin əks etdirilməsi, 15 bəndin müxtəlif iqtisadi münasibətlərə həsr edilməsi Rusiyanın daha çox iqtisadi sanksiyalardan ehtiyatlandığını göstərir".
Ekspert bildirib ki, gərginlik aktiv silahlı münaqişəyə çevrilərsə, daha sərt sanksiyalar qaçılmaz olacaq. Bu isə Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vura bilər
"Buna görə də Rusiya münasibətləri nisbətən yaxın olan, lakin KTMT-yə daxil olmayan Azərbaycandan iqtisadi sanksiyalar zamanı Rusiyanın yanında olacağına rəsmi sənəd imzalamaqla bir daha əmin olmaq istəyir. Amma nə oxuduğum tarixdə, nə də yaşadığım tarixdə Azərbaycanın verdiyi sözə sahib çıxmadığını mən oxumadım və görmədim. Rusiyanın özündən, Amerikadan və eləcə də Ermənistandan fərqli olaraq, Azərbaycanın "söz"ü onun "imza"sı qədər etibarlı olub".
Mehman