Newscenter.az.12.03.2022. Azərbaycanla İran rəsmiləri yeni memorandum imzaladı. Bu memoranduma əsasən Azərbaycan İran ərazisindən Naxçıvana keçid edəcək. Azərbaycan tərəfi Zəngilan rayonun Ağbənd bölgəsindən çəkəcək bu yolu. Əlbəttə ki, maliyyə xərclərini təkbaşına etməyəcək. Yolun uzunluğu 55 km təşkil edəcək. Araz çayı üzərində formalaşan körpülərin maliyyə xərclərinin bir hissəsini Azərbaycan, bir hissəsini də İran ödəyəcək. Yolun avtomobil və dəmir yolu olması nəzərdə tutulub. Bu yol Ermənistanla 5 km məsafədə olacaq.
İndi gələk əsas məsələyə. Azərbaycanın İranla 3 keçid məntəqəsi-Biləsuvar, Cəlilabad və Astara vardır. Lakin bu yol ilə gedib Naxçıvana çatmaq həm maddi, həm də vaxt baxımından sərfəli deyildi. Ancaq bu 3 keçid məntəqəsində İran tərəfi gömrük rüsumu alır. Əgər yeni keçid yolu rüsumsuz olarsa, bu Azərbaycan üçün çox sərf edəcək. Amma İranın bu layihədə qazancı olmazsa, buna imza atmazdı. İran da bu yol vasitəsilə, Qarabağdakı layihələrdə iştirak edə biləcək. Həmçinin İranın Fars körfəzi-Qara dəniz layihəsi mövcuddur. Bu layihənin marşrutu Azərbaycandan keçərək gürcüstana gedəcək.
Azərbaycan Zəngəzurdan keçib Naxçıvana getmək üçün Ermənistana təklif göndərmişdi. Ancaq Ermənistan tərəfi vaxt uzadır. Amma bu o demək deyil ki, bu layihə icra olunmayacaq. Azərbaycanla Ermənistan sülhə başlayarsa, nəqliyyat məsələləri barədə kompromis əldə olunarsa, bu yol gerçəkləşə bilər. 11 yanvar bəyanatı bu məsələlər üçündür. Qarşılıqlı şəkildə hərə öz ərazisindən yol verəcək. Ermənistan razı olmursa, o zaman Azərbaycan da Ermənistanın Rusiyaya getməsi üçün niyə yol verməlidir ki!
Laçın dəhlizini bağlaya bilmərik?
Laçın dəhlizi şəhərin mərkəzindən keçir və sülhməramlıların nəzarətindədir. Hələ şəhər tam geri qaytarılmayıb. Yəni ermənilərin Qarabağa gedib-gəlməsi üçün yeni yol(qayğı yolu) inşa edildikdən sonra şəhər geri qaytarılacaq. Üç tərəfli razılaşmada dəhlizin bağlanması barədə maddədəyə rast gəlməmişəm. Dəhliz o vaxt bağlana bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qondarma rejim ləğv olunaraq Xankəndindən çıxarılsın. Lakin qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, qaldıqları yerdə yaşaya bilərlər. Azərbaycan vətəndaşı olduqları üçün Ermənistana getməyə lüzum qalmadıqları üçün dəhlizə də ehtiyac yoxdur. Yəni dəhlizdə sülhməramlı deyil də bizim ordu nəzarəti ələ alarsa, ermənilərə diktə etmək çox daha asan olar.
Bəs o zaman iki yola nə ehtiyac var? sualını səsləndirdiyinizi eşidər kimiyəm.
Zəngəzurdan keçən yol dəhliz rolunda çıxış edəcəkdi. Yəni burada Azərbaycan Ermənistana rüsum verməyəcəkdi deyə düşünürəm. Yox, əgər İranla çəkilən bu yolda rüsum olmayacaqsa, 2 yola nə ehtiyac fikri ilə razılaşmaq olar. Amma Zəngəzur layihəsi arxivə atılmayıb, bu layihə hələ durur və həyata keçməsi üçün çalışılacaq. Amma buradan dəmir yolu ola bilər.
Ermənistan üçün bu yol məsələsi bir şansdır. Bunu əllərindən qaçıracaq qədər axmaq olmazlar, yəqin!
Elman Vəliyev-siyasi ekspert