Newscenter.az.13.03.2022. İranla uzum müddət aparılan nüvə danışıqları müsbət istiqamətdə getməkdə və hətta yaxın bir zamanda kompromis əldə ediləcəyi də gündəmdədir. 2015-ci ildə Britaniya, Fransa, Rusiya, Çin, Amerika və Almaniya İranla 5+1 sazişi imzaladılar. Bu saziş İranın nüvə silahı əldə etməməsi ilə bağlı idi. Lakin 2018-ci ildə Amerika prezidenti Tramp bu sazişdən çıxaraq İrana qarşı ən ağır sanksiyalar tətbiq etdi. Hələ bunlardan qabaq isə 2012-ci ildə İranı swiftdən çıxartmışdılar. İran iqtisadiyyatı xarici gəlirlərinin 25-30%-ni itirmişdi.
Lakin Bayden hakimiyyətə gələndən sonra İranla yenidən danışıqlara başladı və Vyanada yenidən 5+1 danışıqlar davam elədi. Hətta tərəflərin verdiyi məlumata görə razılıq əldə edilməyə yaxındır.
Lakin Rusiya-Ukrayna konflikti işləri ləngitdi. Daha doğrusu ikinci plana atdı. Artıq önəmli məsələ Ukrayna məsələsidir. Bununla yanaşı Rusiya tərəfi Amerikadan Ukraynaya görə tətbiq edilən sanksiyalardan Rus-İran əlaqələrinə zərər gətirilməməsinə dair zəmanət tələb elədi.
Amerika isə Ukrayna konflikti ilə nüvə məsələsinin fərqli siyasi hadisələr olduğunu dedi. Rusiya qərbin və Amerikanın sanksiyalarına tab gətirmək üçün şərqdəki müttəfiqlərlə əlaqəri gücləndirmək, onların enerjilərinin Avropaya ixrac edilməməsinə çalışır. İran ona qarşı tətbiq edilən sanksiyalar qarşısında ən yaxşı bazar müttəfiqi kimi Rusiyanı görür.
Lakin Rusiyanın zəmanət tələbi İranda narahatlıq yaratmış kimi görünür. Çünki İran istəmir ki, işi üzüb-üzüb quyruğuna gətirdikdən sonra problem olsun. Bu anlaşma İrana çox sərfəlidir. Lakin Rusiya İranın təkcə özü ilə əməkdaşlıq etməsini istəyir. Hesab edirəm ki, bu anlaşma yaxın zamanlarda müsbət istiqamətdə irəliləyə bilər.
İran Amerikanın sanksiyaları aradan qaldırması üçün təzyiqlər edir və edəcək də.
Elman Vəliyev-siyasi ekspert