Newscenter.az.28.03.2022. Son iki gündür mətbuatda və sosila mediada yayılan məlumatlara əsasən Xocalının Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam şəkildə nəzarətinə keçib. Bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verərək bildirmişdir ki, Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri qaytarılıb. Dünən axşam isə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək bildirdi ki, Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinin tez-tez "Dağlıq Qarabağ və ya Dağlıq Qarabağ Respublikası" ifadələrinin işlədilməsindən narahat olduqlarını da açıq şəkildə dilə gətirmiş oldu. Bugün Rusiya Müdafiə Nazirliyi Fərrux kəndi ilə bağlı dünən yaydığı məlumatı səyfəsindən silib. Buradan aydın olur ki, Rusiya tərəfi vəziyyətin ciddiliyini anlamağa başlayıb.
Burada qeyd edilməli digər məsələ II Qarabağ savaşından sonra rus "sülhməramlıları"nın müvəqqəti nəzarətində olan Xocalının Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsidir.
Biraydan artıqdır davam Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsi getdikcə öz nəticələrini göstərməyə başlayır. Rusiyanın Ukrayna cəbhəsindəki məğlubiyyət havası getdikcə Cənubi Qafqazda, daha dəqiq desək Qarabağda da hiss edilməkdədir. Yəni Rusiya anlamağa başlayıb ki, indiki məqamda nə Azərbaycanla, nə də onun qardaşı və müttəfiqi Türkiyə ilə qarşı-qarşıya gəlməyin ciddi anlamı yoxdur. Baxmayaraq ki, 22 fevral 2022-ci ildə Moskvada Azərbaycan prezidenti cənab İlahm Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı və imzası ilə Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamə imzalanıb, amma Azərbaycan prinsipial məsələlərdə güzəştə getmək niyyətində deyil. Xüsusilə də Qarabağ məsələsində Azərbaycanın hansısa güzəştə getməsi inandırıcı görünmür.
Burada diqqəti çəkən digər məsələlərdən biri isə isə bir neçə gün öncə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa bəaynnaməsini təsdiq etməsi oldu. Yəni bununla 15 iyun 2021-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində imzaladıqları Şuşa bəyannaməsi tam şəkildə qüvvəyə minmiş oldu. Eyni zamanda Ukrayna məsələsində Qərb dövlətləri tərəfində ciddi sanksiya və təziyqlərə məruz qalan Rusiya üçün həyati əhəmiyyətə malik məsələ Türkiyə və Azərbaycanla münasibətləri normal saxlamaqdır. Yəni Rusiya xarici ticarətini Türkiyə və Azərbaycan vəasitəsi ilə həyata keçirmək niyyətindədir.
Əlbəttə ki, Ukraynadakı müharibənin nəticələri regiondakı proseslərə ciddi şəkildə təsir edəcək. Ona görə də esab edirəm ki, Rusiyanın Ukraynada məğlub olması onun Cənubi Qafqazdan, xüsusilə də Qarabağdan çəkilmə prosesini gücləndirə bilər.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri