Gəncədə xidmət etdiyim müddət ərzində həm yaxşı və eyni zamanda həyatımda görmədiyim haqsızlıq və böhtanla dolu günlərim olub. Bu haqsızlıqla işlədiyim heç bir kollektivdə üz-üzə qalmamışam, bütün rəhbərlərimlə, təqaüddə olan və hal-hazırda xidmətdə olan hər biri ilə bu gün xoş münasibətdəyəm, tək olaraq Gəncə kollektivinə təsadüf rəhbər təyin edilmiş əclafdan və o dönəmdə başına yığdığı əyyaş və spritli içkiyə alüdə olmuş alcaqlardan başqa... Artıq o illər arxada qalsa da, unudulmayıb. Əksinə bir xatirəyə dönüb. Şəxsən mühakimə yürüdə bilmərəm ki, müəssisədə nüfuzum necə olub. Bu təvazökarlıqdan uzaq olardı. Çalışmışam ki, özümü ətrafdakılara qarşı qoymayım. Həmişə qayğıkeşliyə can atmışam. İstəmişəm çalışdığım kollektivdə gənclərin həyatı yaxşılaşsın. Burada qeyri-adi bir şey görmürəm. Məhəbbəti də, nifrəti də, nüfuzu da insan öz hərəkətlərinin, əməllərinin nəticəsi olaraq qazanır. Cox şükürlər olsun ki, 2-3 əclaf və şərəfsiz insanlardan başqa mənə hec kəs qısqanclıqla nifrət etməyibdir. Əksinə böyük kollektiv olaraq hər kəs mənə o vaxtda bu gündə hörmətlə yanaşıblar, bir sözümü iki etməyiblər. Qısqanclıqla yanaşan və vəzifəsinə güvənərək pislik edənlərin artıq zaman cəzasını layiqincə veribdir bəzilərinidə tezliklə verəcəkdir inşallah. Yaxşılıq, xeyirxahlıq həmişə insanda xoş hisslər oyadır. Mənim gələcək karyeramda təmasda olduğum insanların, yaşadığım mühitin əvəzsiz rolu olub və mən o illəri həmişə xatırlayacağam kim dost olub kim isə dost gözündə alcaqlıq edib, düşmən olub...
Hər bir ədliyyə işçisi əsasən iki mühüm keyfiyyətə malik olmalıdır - sağlam düşüncə və ədalət.
Bu iki keyfiyyəti heç bir test müəyyən edə bilmir. Şəxsi təcrübəm və dünyada formalaşmış təcrübə bunu deməyə əsas verir ki, ədliyyə zabitində bu keyfiyyətlər olarsa onlar düzgün funksiinal vəzifələrini yerinə yetirə bilərlər. Şərəfli ədliyyə işçisində düzgün hüquq düşüncəsi olmalıdır ki, tətbiq etdiyi hüquqi normanı düzgün analiz və şərh etsin. Hesab edirəm ki, fikir mübadiləsi sağlam qaydada hüquq mədəniyyəti əsasında aparılmalıdır. Axı Kənd Təsərrüfatı institutunu bitirmiş əməkdaşda hüquq mədəniyyəti hardan olsun?!
Azərbaycan Ədliyyəsi dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli islahatların memarı olan Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycan Ədliyyəsi Ulu Öndərimizin, eləcə də, onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona olan qayğısına, inamına daim ləyaqətli xidməti ilə, özünün Ədliyyə işçisi adını, qanun keşikçisi mövqeyini şərəflə qoruması ilə cavab verir. Ədliyyə işçisi geyim forması ilə deyil, hər şeydən öncə fiziki və mənəvi yetkinliyi ilə seçilməlidir.
Bu gün şükürlər olsun ki, təziyq və haqsızlığa baxmayaraq ayaq üstə qalmağa bacarmışam və Ədliyyə işçisi adını şərəflə qorumuşam və son nəfəsimə kimi qoruyacağam. İnsan qazandığı uğur üçün həddən ziyadə sevinməməlidir. Onun ölçüsünü, dərəcəsini bilməlidir. Mən həmişə demişəm, bu gün də deyirəm - yaxşılığın əvəzini Allah verir. Mənim üçün hörməti insanın özü qazanır. Dayısına, əmisinə, puluna və varına güvənməməlidir. Harada işləmişəmsə, hamının xeyrində, şərində iştirak etmişəm, bu gün də iştirak edirəm. Rayonlarda, şəhərlərdə və digər qurumlarda çoxlu və şərəfli dostlarım var. Onlarla sıx əlaqə saxlayıram.
Qayıdıram sözümün əvvəlinə. Ədliyyə zabiti sağlam düşüncəli və ədalətli olmalıdır. Ədliyyə işçisi ömrü yaşamaq çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Bu ömrü elə yaşamalısan ki, yaxşı mənada daim xatırlanasan. Vəzifədən gedəndən sonra səni lənətləməsinlər, necə ki, mən bu gün və sona qədər başda Kadr xidmətinin "baş biləni" olmaqla mənə qarşı vəzifələrinə güvənərək ədalətsiz olanları lənətləməkdə davam edirəm.
İnanıram ki, tezliklə hər şey Allahın əmri ilə yaxşı olacaqdır.
Əli İbrahimov-hüquqşünas