İnvestisiya dedikdə, öz ölkəsində, yaxud xaricdə müxtəlif sferalarda fəaliyyət göstərən şirkətlərə, layihələrə, proqramlara, innovasiya proyektrlərinə kapitalın uzunmüddətli qoyuluşları başa düşülür. Newscenter.az Məhkəmə Ekspertizası Xidmətlərinə istinadən xəbər verir ki, istər beynəlxalq və istərsə də ölkə praktikasında investisiyaların aşağıdakı növləri fərqləndirilir:
a). Dövlət büdcəsinin vəsaitləri və digər maliyyə mənbələri hesabına həyata keçirilən investisiyalar;
b). Xarici investorlar, dövlətlər, banklar, şirkətlər və sahibkarlar tərəfindən yönəldilən xarici investisiyalar;
c). Özəl müəssisə və təşkilatların, eləcə də, vətəndaşların şəxsi vəsaitləri hesabına həyata keçirilən investisiyalar;
ç). Yeni tikintiyə müəssisələrin yenidən qurulmasına və texniki cəhətdən rekonstruksiyasına yönəldilən istehsal investisiyaları;
d). Əqli məhsulun yaradılmasına yönəldilən intellektual investisiyalar;
e). Hüquqi şəxslərin səhmlərinin 50%-dən çoxuna sahidliyi təmin edən nəzarət investisiyaları;
ə). şirkətin səs hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyini təmin edən qeyri-nəzarət investisiyaları.
Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynayan investisiya qoyuluşları «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Danılmaz həqiqətdir ki, təsərrüfat subyektlərinin investisiya fəaliyyəti daxili və xarici bazarlarda əsas seqmentlər və sektorlar üzrə mövqelərin möhkəmləndirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, müəssisə və şirkətlərin modernləşdirilməsi, dünya bazarında məhsulun keyfiyyət parametrlərinə adekvat cavab verən maşın və avadanlıqların əldə edilməsi, mütərəqqi və innovativ texnologiyaların mənimsənilməsi, istehsal və kommersiya fəaliyyətinin effektivliyinin yüksəldilməsi və digər prioritet məsələlərin həllini təmin edən strategi istiqamət hesab olunur.
Sevinc