28 may - 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada keçirilən qadınlar və kişilər arasında Avropa çempionatı davam edir. Yarışda 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) iştirak edirlər.
Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından daxil olan xəbərə görə, çempionata Azərbaycan təmsilçisi də qatılıb.
Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Ancaq təəssüf ki, idmançımız qolundakı zədə üzündən yarışı davam etdirə bilməyib.
Oruc