Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: “RİA Novosti” agentliyinin Azərbaycanda bloklanması tam qanunauyğundur"

Deputat: “RİA Novosti” agentliyinin Azərbaycanda bloklanması tam qanunauyğundur"


“RİA Novosti” agentliyinin Azərbaycanda bloklanması tam qanunauyğundur. Çünki BMT çərçivəsində istənilən ölkənin ərazi bütövlüyünə hər hansı təhdid yolverilməzdir. Bu, təşkilatın Nizamnaməsinin pozulması deməkdir. İstər “RİA Novosti”, istər Azərbaycan dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı hər hansı təhdidə yol verən digər bu tipli informasiya orqanları bloklanmalı, Azərbaycan ərazisində yayımlanmamalıdır”.

Newscenter.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Rusiyaya məxsus “RİA Novosti” də, “Sputnik” də dəfələrlə Azərbaycanla bağlı təxribat xarakterli məlumatlar yayıblar: “Onlar Azərbaycan ərazisində separatçılığı stimullaşdırıblar. Bu, Qarabağda məskunlaşmış məhdud sayda ermənilər arasında separatçılığı bərpa etmək məqsədi daşıyır, qətiyyən qəbuledilməzdir, Rusiya ilə Azərbaycan arasında uzun illər ərzində formalaşmış dostluq, əməkdaşlıq münasibətlərinə ziddir. Qısa bir zamanda bu yöndə Azərbaycana qarşı əks təbliğat aparan, düşmənçilik toxumları səpən informasiya vasitələri bloklanmalıdır. Burada hər hansı güzəşt ola bilməz. Aidiyyəti strukturlarımız Rusiya tərəfinə rəsmi xəbərdarlıq göndərməlidirlər ki, gələcəkdə bu məsələ təkrarlanarsa, praktiki addımlar atılacaq. Qarabağ ərazisində müvəqqəti məskunlaşmış rus sülhməramlılarının gələcək fəaliyyəti ilə bağlı Azərbaycan dövləti qəti addımlar atacaq, qərarlar qəbul edəcək”.
Xəbəri paylaş