Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.
Newscenter.az-ın məlumatına görə, bunu AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayının yekunlarına görə bildirib.
Belə ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib.
Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Bundan əlavə, altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.