Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan hərbi sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan hərbi sahədə əməkdaşlığı genişləndirəcək


Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Newscenter.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkəndə dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə bir sıra strateji əhəmiyyətə malik sənədlər imzalanıb.
Xəbəri paylaş