Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib - ADLAR

Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib - ADLAR


Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, sərəncama əsasən aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xəbəri paylaş