“Sammitdə müttəfiqlərdən sözdə deyil, əməldə də həqiqi həmrəylik gözlədiyimizi vurğuladım”.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“NATO-nun etibarlılığını və inandırıcılığını qorumaq istəyiriksə, müttəfiqlər olaraq terrorun bütün təzahürləri ilə mübarizədə daha konkret, tutarlı və səmimi addım atmağımız şərtdir”, - dövlət başçısı bildirib.