İlham Əliyev: "Heç kim bizə heç nəyi diktə edə bilməz"
"Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç....
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 15-də Sabirabad....
Azərbaycan Prezidenti: "Növbədə olan bütün şəhid ailələri yaxın gələcəkdə evlərlə təmin ediləcək"
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Newscenter.az xəbər verir ki, bu barədə....
Prezident: "Bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır"
"Bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki, əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır....
Azərbaycan Prezidenti: "Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik"
"Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür. İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik". Newscenter.az xəbər verir ki, bu....
Aztəminatlı ailələrə “Kənd Sovqatı” çatdırılır
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə keçirilən “Kənd Sovqatı” layihəsi hər il olduğu kimi bu il də ailələri sevindirib. Newscenter.az xəbər verir ki, “Kənd Sovqatı” layihəsi “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının davam edən uzunmüddətli layihəsidir. Layihənin əsas məqsədi....
Dövlət başçısı: "Çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik"
"Nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verildi. Bir daha qeyd etmək istəyirəm, bizim gəmiqayırma zavodumuz tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın. Mənə....
Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir. Newscenter.az xəbər verir ki, iyunun 15-də işinə başlayan sərgidə ölkəmizi Azərbaycan Turizm....
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Newscenter.az bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir. Dövlətimizin başçısı 15 İyul hadisələri....
İlham Əliyev: "Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir"
"Qarabağda bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib". Newscenter.az xəbər verir ki, bu fikirləri Prezident İlham....
Prezident: "Vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq"
"Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır". Newscenter.az xəbər verir ki, bu....
Ali Baş Komandan: "Hərbçilərin sosial müdafiəsi məsələləri yüksək səviyyədə təmin edilir"
Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. Newscenter.az xəbər verir ki, bu....
Azərbaycan və Litva kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Litva Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Newscenter.az-ın Kənd Təsərrüfatı nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə....
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir
Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir. Newscenter.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə giriş nitqində deyib. "Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm....
İsti hava şəraiti iyulun ikinci ongünlüyünün sonunadək davam edəcək
Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir. Newscenter.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi 18-dən....
Prezident: "Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin, işimizi bilək"
"Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir". Newscenter.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. "10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın....
Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək
Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Newscenter.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. Prezident qeyd edib: "Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün....
DTX Gömrük Komitəsinin vəzifəli şəxslərinin həbsi barədə məlumat yaydı
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il....
Sədaqət Vəliyeva: Qəti arxayınlaşmaq olmaz əks halda vəziyyət kritikləşə bilər
Azərbaycan dövləti koronavirus infeksiyasının başladığı ilk gündən etibarən əhalinin sağlamlığının qorunması istiqamətində bütün lazımi tədbirləri həyata keçirib. Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasının həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək....
Azərbaycanda son sutkada 155 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 794....