Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkün qadınlarla bağlı dəyirmi masa keçirilib

Məcburi köçkün qadınlarla bağlı dəyirmi masa keçirilib


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Məcburi köçkün qadınların statutusu ilə bağlı prosedurlar, üzləşdikləri çətinliklər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), “De Lege” təşkilatının, “Regional inkişaf” ictimai birliyinin və digər partnyor qurumların əməkdaşları iştirak ediblər.

Dəyirmi masada məcburi köçkün qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdış və dayanıqlı məskunlaşma prosesində fəal iştirakı, bu məsələlərin hüquqi tərəflərinin dəyərləndirilməsi ətraflı müzakirə olunub.

Dövlət Komitəsinin məsul əməkdaşları müzakirəyə çıxarılan məsələlər barədə tədbir iştirakçılarına məlumat veriblər. Sonra geniş fikir mübadiləsi aparılıb və qaldırılan məsələlərin həlli yollarına dair təkliflər səsləndirilib.

Sevinc
Xəbəri paylaş