Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran görüşü öz bəhrəsini verməkdədir

Tehran görüşü öz bəhrəsini verməkdədir


Bu gün Rusiya aviasiyasının Suriyanın İdlib bölgəsində həyata keçirdiyi bombardmanlar nəticəsində 4-ü uşaq olmaqla azı 7 dinc sakin öldürülüb və 8-i uşaq olmaqla 12 nəfər yaralanıb.

Tehran görüşü öz bəhrəsini verməkdədir. İranla Rusiyanın əsas məqsədi Türkiyəni Suriyadan sıxışdırıb çıxarmaq və Cənubi Qafqaza buraxmamaqdır. Buna nail olmaq üçün də bütün çirkin yollara əl atacaqlar.

Bu arada mediaya sızdırılan məlumatlardan aydın olur ki, (həqiqətən belə olubsa, əlbəttə) İsrailin Təhlükəsizlik Şurasının katibi amerikalı həmkarından Türkiyənin Suriyadakı fəaliyyətimin qarşısını almağı xahiş edib.

Məlumat rəsmi təsdiqini tapmasa da bir şey dəqiqdir ki, İsrailin istər Suriyadakı, istərsə də İraqdakı kürd hərbi birləşmələri ilə münasibətləri daim sıcaq olub. Belə çıxır ki, bu məsələdə İsrailin mövqeyi elə təxminən İranın mövqeyidir.

Bu arada Azərbaycan mediasında İsrail səfiri İran səfirinin Azərbaycan mövzusu üzərindən Tvitterdə deyişmə şousu geniş müzakirə olunur. Kimsə İranı, kimsə də İsraili haqlı çıxarmağa çalışır. Bu məsələdə haqlı yoxdur, çünki haqlı olan tərəf azərbaycanlılardır, biz isə onların xalqımızın ümummilli maraqları üzərindən apardığı oyunbazlığa susuruq.

Ərəstun Oruclu - politoloq
Xəbəri paylaş