Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji xəritəsini tamamilə dəyişir

Azərbaycan Avropanın enerji xəritəsini tamamilə dəyişir


İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənəddə bir sıra məqamlar xüsusilə diqqət çəkir. Azərbaycanın enerji sahəsində Avropa İttifaqı ilə apardığı fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Belə ki, Azərbaycan Avropa İttifaqlı ilə 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışdır.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Neft hasilatı, qaz hasilatı, təbii qazın Avropa qitəsinə çatdırılması, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq sahəsində əldə olunan böyük nailiyyətlərdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu başlanmışdır.

Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Cənab prezident öz çıxışında artıq “Külək və günəş enerjisi”nə artıq sərmayə qoyuluşu prosesinə başlandığını vurğulamışdır. O qeyd etmişdir ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var.Bu məqamı eyni zamanda Avropa İttifaqının rəsmisi də öz çıxışında möhkəm inamını ifadə edərək, vurğulamışdır ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəkdir.

Günəş Cəfərova-YAP Nəsimi Rayon Təşkilatı Mir-Qasımov 1/8 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının sədri
Xəbəri paylaş