Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov: "Əgər Ermənistan vaxt uzatmağa çalışsa, özü peşman olacaq"

Zakir Həsənov: "Əgər Ermənistan vaxt uzatmağa çalışsa, özü peşman olacaq"


Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”.

Newscenter.az xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi heyətinə ünvanlanan təbrik məktubunda yer alıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bütün sərhəd boyunca yerləşdirilən hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır, yeni hərbi şəhərciklər inşa edilir, qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir əməliyyat komando hərbi hissələri fəaliyyətə başlayır, şəxsi heyətin mənəvi-psixoloji təminatının yüksəldilməsinə, Vətən müharibəsinin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilir.

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılan əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu daha güclüdür: həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq... Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq yerindədir!” Bunu heç kim unutmasın”.
Xəbəri paylaş