Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenzki: "Xerson vilayəti işğalçılardan azad edilir"

Zelenzki: "Xerson vilayəti işğalçılardan azad edilir"


Ukrayna silahlı qüvvələri Xerson vilayətində addım-addım irəliləyir və ərazini işğalçılardan azad edir.

Newscenter.az-ın məlumatına görə,
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Dövlət başçısı Rusiya hərbçilərinin regionda mövqelərini möhkəmləndirməyə çalışdıqlarını da qeyd edib.

Prezident bildirib ki, Ukraynanın Rusiyanın işğalına qarşı müdafiəsinin 150-ci günü artıq başa çatır.

"Və bu gün bir qədər əvvəlkilərin hamısına bənzəyir. Yenə raket zərbələri. Bir çox ərazilərdə - Donbasda, Xarkov vilayətində şiddətli döyüşlər gedir. Yenə də atəşlər. Amma bu gün qələbəmizə doğru nə qədər irəlilədiyimizi göstərir. Bu da olacaq", - dövlət başçısı deyib
Xəbəri paylaş