Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İş adamı, məşhur xeyriyyəçi Gülağa Tənha bir qrup media nümayəndələrini mükafatlandırıb

İş adamı, məşhur xeyriyyəçi Gülağa Tənha bir qrup media nümayəndələrini mükafatlandırıb


Milli Mətbuatın yaranmasının 147-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri iyulun 25-də tanınmış iş adamı, xeyriyyəçi Gülağa Tənha tərəfindən keçirilib.

Newscenter.az xəbər verir ki, 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş xeyriyyə tədbirində Az-press.AZ xəbər saytı, Can Vətən xəbər saytı, Azeri Pravda xəbər saytı, FUTbol+, “Şərq” qəzeti, SəsTV, “Cənub Xəbərləri” saytı, AİA.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər saytı, Aziya.az saytı, DiA.AZ, SiAM.AZ, QLOBAL.az, Newscenter.az saytlarının məsul şəxsləri iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, tanınmış iş adamı, xeyriyyəçi Gülağa Tənha respublikamızda medianın inkişafına mütəmadi olaraq öz dəstəyini və töhfələrini verir. Qeyd edilib ki, 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə də Gülağa Tənhanın bədii və publisist yaradıcılığına müntəzəm olaraq yer verən, həmçinin onun fəaliyyətilə bağlı obyektiv yazılar dərc edən media qurumlarının mükafatlandırılması nəzərdə tutulub. Tədbirdə çıxış edən media nümayəndələri Gülağa müəllimin gördüyü işlərdən söz açıblar, onun xeyriyyəçilik fəaliyyətini xüsusi olaraq vurğulayıblar. Media mənsubları tərəfindən bir fikir xüsusi olaraq qeyd edilib ki, Gülağa Tənhanın xeyriyyəçilik ənənələrindən respublikada, eləcə də ondan kənarda fəaliyyət göstərən azərbaycanlı iş adamları nümunə götürməli və xeyriyyə xarakterli addımlar atmalıdırlar.

Tədbirin sonunda media nümayəndələrinə müəyyən olunmuş pul mükafatları, eləcə də Gülağa Tənhanın müəllif imzası ilə kitabları və sözlərinə bəstələnmiş mahnıların yazıldığı disklər hədiyyə edilib. iştirakçılarla birlikdə xatirə şəkilləri çəkilib.

Məlumat üçün bildirək ki, Gülağa Tənha Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur.

Məşhur iş adamının rəhbərlik etdiyi “Gülaga Qəmbərov Fondu” Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir.

R.Mehdiyeva
Xəbəri paylaş