Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Metak” MMC-də bədbəxt hadisə

“Metak” MMC-də bədbəxt hadisə


İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Newscenter.az Rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Mehman
Xəbəri paylaş