BMqT-nin Azərbaycan nümayəndəliyi 27 iyul-04 avqust 2022-ci il tarixlərində insan alverinə qarşı mübarizə sahəsində Özbəkistan Respublikasının təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətinin Daşkənd və Buxara şəhərlərinə tanışlıq səfərini təşkil etmişdir.
Newscenter.az xəbər verir ki, səfər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən və BMqT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən insan alverinin qarşısının alınması və ona qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi daşıyan “İnsan Alverinə qarşı Mübarizə Fəaliyyəti” layihəsi çərçivəsində baş tutmuşdur. Doqquz iştirakçıdan ibarət nümayəndə heyətinə DİN-in İnsan Alverinə qarı Mübarizə Baş İdarəsinin, Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin eləcə də, insan alveri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının- “TƏMAS” RİİB-in, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin, "Azərbaycan Uşaqları" İctimai Birliyinin və Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbərləri daxil idi daxil idi.
Səfər çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Özbəkistan nümayəndəliyində, bu ölkənin İnsan Hüquqları üzrə Milli Mərkəzində, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Komissiyasında, İnsan alveri qurbanları üçün Respublika Reabilitasiya Mərkəzində, “Məşqulluğa salam” adlı Monomərkəzdə, “Xöşbəxt Övlad” Sosial İnformasiya Mərkəzində, UNİCEF-in Özbəkistan nümayəndəliyində, həmçinin “Bərqərar Həyat”, “Nihal”, “Aydın işıq” kimi insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarında görüşlər keçirilmiş, müvafiq müqaisələr aparılaraq gələcək müştərək fəaliyyətlər müzakirə edilmişdir.
Azərbaycan nümayəndə heyəti insan alverinə qarşı mübarizə sahəsində Özbəkistandaki tərəfdaşlarının insan alverinə qarşı mübarizə sahəsində identifikasiya və istiqamətləndirmə ilə əlaqədar məsələlərin vacib aspektlərini təhlil etmək və bununla bağlı qanunvericilik islahatlarını, habelə mövcud çağırışları nəzərdən keçirmək etmək imkanı əldə etdilər. Səfər zamanı qazanılan təcrübənin müvafiq Hökumət qurumlarının və bu sahədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının gələcək işlərində faydalı olacağı gözlənilir.
BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.
Mehman