
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə görüşəcək.
Newscenter.az Türkiyənin Xarici İşlər Nazirliyiə istinadən bildirir ki, Vadeful sabah Türkiyəyə səfər edəcək.
Görüşdə Türkiyə ilə Almaniya arasında yüksək səviyyəli məsləhətləşmə və dialoq mexanizmlərinin davam etdirilməsinin vacibliyi vurğulanacaq və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə nəzər salınacaq.
Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında siyasi, iqtisadi, hərbi və humanitar ölçüləri əhatə edən çoxşaxəli əlaqələr mövcuddur.
İkitərəfli münasibətlərə aid məsələlərlə yanaşı, iki ölkə arasında aktual regional və qlobal problemlər, o cümlədən Avropa təhlükəsizliyi kontekstində sıx əlaqələndirmə və əməkdaşlıq son vaxtlar daha da əhəmiyyət kəsb edir.
2024-cü ildə Türkiyə-Almaniya Dostluq Müqaviləsinin 100 illiyi qeyd olundu və iki ölkə arasında əlaqələr geniş vüsət aldı, yüksək səviyyəli səfərlər həyata keçirildi.
Nazir Vadefulun prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi də gözlənilir.
Süleyman