
Milli Məclisin deputatı Mahir Süleymanlı növbəti dəfə seçiciləri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, millət vəkili Şabran rayonunun Taxtalar kəndində vətəndaşlarla növbəti görüşünü keçirib.

Görüş zamanı sakinlərin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Deputat vətəndaşların qaldırdığı bəzi məsələləri yerindəcə həll edib, səlahiyyəti xaricində olan məsələləri isə nəzarətə götürərək onlarla bağlı müvafiq qurumlara deputat sorğusu göndərəcəyini bildirib.

Süleyman