Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Misirin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Misirin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib


Prezident İlham Əliyev oktyabrın 16-da Misirin Azərbaycanda yeni təyin olunan səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.

Newscenter.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misirə təbriklərini çatdırıb.

ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlət başçısı bunu ölkələr arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirib.

Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub.

Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş edib.

Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunulub, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olunub.

Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.

Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş