Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri təhlil edilir

Türk dövlətləri arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri təhlil edilir


Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gənclər və idman nazirlərinin 9-cu iclası çərçivəsində ekspert konfransı keçirilir.

Newscenter.az Özbəkustanın Milli Xəbər Agentliyinə (uze.uz) istinadən bildirir ki, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin gənclər və idmana məsul nazirlik və idarələrinin beynəlxalq əməkdaşlıq rəsmilərinin iştirak etdiyi görüşlərdə iştirakçı ölkələr arasında idman və gənclər siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi, uzunmüddətli razılaşmaların əldə olunması, iri idman tədbirlərinin təşkili, o cümlədən gənclər üçün yeni layihələr, perspektivli layihələrin həyata keçirilməsi kimi mühüm məsələlər müzakirə olunacaq.

Türk Dövlətləri Təşkilatının Gənclər və İdmana məsul nazirlərinin 9-cu toplantısı oktyabrın 17-dək davam edəcək.

Süleyman
Xəbəri paylaş