Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, spiker Sahibə Qafarova təşkilatın Baş katibini yeni fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanaraq, bildirilib ki, Türk Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib və ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platforma kimi çıxış edir.

Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir. Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlığının, həmçinin təşkilata üzv ölkələrin parlamentləri ilə əlaqələrinin mahiyyətində Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikri dayanır.

Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli və məqsədyönlü həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

TÜRKPA-nın Baş katibi Ramil Həsən göstərilən etimada görə, minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın bundan sonra da fəaliyyətinin genişləndirilməsi, təşkilata üzv olan qardaş ölkələrin parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Görüşdə TÜRKPA-nın Baş katibinin müavinləri Talqat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali də iştirak ediblər.

Süleyman
Xəbəri paylaş