Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistana hava yolu ilə sərnişin axını 3 dəfə artıb

Özbəkistana hava yolu ilə sərnişin axını 3 dəfə artıb


Son səkkiz ildə Daşkəndə hava sərnişin axını 3 dəfə artaraq ildə 9 milyon nəfərə çatıb.

Newscenter.az uze.uz xəbər portalına istinadən bildirir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib. O bildirib ki, 2040-cı ilə qədər bu, 24 milyonu keçəcək:

"Lakin ildə 11 milyon insana xidmət göstərən hazırkı hava limanı şəhərdə yerləşdiyindən onun genişləndirilməsi mümkün deyil. Odur ki, bu sahədə aparıcı xarici ekspertlər və ictimaiyyət nümayəndələri ilə müzakirələrdən sonra Orta Çirçik və Aşağı Çırçik rayonlarında 1300 hektar sahədə yeni beynəlxalq hava limanı tikilir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Vision İnvest, Yaponiyanın Sojitz və Koreyanın İnhceon şirkətlərinin daxil olduğu beynəlxalq konsorsiumla birgə həyata keçirilən layihə 4 mərhələdən ibarətdir və ilk mərhələdə 2,5 milyard dollara hava limanı terminalı və aerodrom inşa ediləcək. Bu, terminallar vasitəsilə ildə 20 milyon sərnişin və 129 min ton yükün daşınmasına, saatda 30 uçuş və eniş əməliyyatının yerinə yetirilməsinə, 14 teleskopik pandusdan istifadəyə, eyni zamanda 62 təyyarənin saxlanmasına imkan yaradacaq.

Süleyman
Xəbəri paylaş