Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayraktar Novak ilə nüvə enerjisi və karbohidrogen sahəsində əməkdaşlığı müzakirə edib

Bayraktar Novak ilə nüvə enerjisi və karbohidrogen sahəsində əməkdaşlığı müzakirə edib


Türkiyənin energetika naziri Alparslan Bayraktar Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə nüvə enerjisi və neft-qaz sektorları da daxil olmaqla yeni əməkdaşlıq imkanlarını müzakirə edib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Rusiya Enerji Həftəsi çərçivəsində biz Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə məhsuldar görüş keçirdik. Biz cari layihələrin gedişatını müzakirə etdik və xüsusilə nüvə enerjisi və karbohidrogen sahələrində əməkdaşlıq üçün yeni imkanları hərtərəfli qiymətləndirdik", - deyə Bayraktar deyib.

O qeyd edib ki, Rusiya ilə enerji tərəfdaşlığı qarşılıqlı etimada, uzunmüddətli strateji baxışa və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir:

"Eyni zamanda ikitərəfli münasibətlər ortaq öhdəliyə əsaslanan inkişaf etməkdə davam edir”.
Xəbəri paylaş