
Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası Azərbaycan və Çindən idxal olunan alüminium zolağına tətbiq edilən antidempinq rüsumunun müddətinin uzadılması barədə qərar qəbul edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki. tədbirin müddəti 23 oktyabr 2025-ci ildə başa çatmalı idi. Bununla belə, Komissiyanın Daxili Bazarın Mühafizəsi Departamentinə ərizə daxil olub və nəticədə antidempinq araşdırması 30 iyun 2025-ci ildə bərpa edilib.
Buna görə də müddət 29 iyun 2026-cı il tarixinə qədər uzadılıb.
Qeyd edək ki, Azərbaycan və ÇXR-dən idxal edilən alüminium zolağına antidempinq rüsumları ilk dəfə 22 sentyabr 2020-ci ildə tətbiq edilib. Azərbaycan məhsulları üçün gömrük dəyəri 16,18 faiz, Çin məhsulları üçünsə gömrük dəyəri 13,14 faiz müəyyən edilib.
Mehman Mehdiyev