Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan prezidenti Qazaxıstana dövlət səfərinə gedəcək

Azərbaycan prezidenti Qazaxıstana dövlət səfərinə gedəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfər Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq. Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri oktyabrın 20-21-i tarixlərini əhatə edəcək

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Bundan başqa, prezidentlər Ali Dövlətlərarası Şurada və Qazaxıstan-Azərbaycan Biznes Forumunda iştirak edəcəklər.

Süleyman
Xəbəri paylaş