Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Agentlik rəhbəri vətəndaş qəbulu keçirəcək

Agentlik rəhbəri vətəndaş qəbulu keçirəcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 19-da Qax rayonunda vətəndaşları qəbul edəcək.

Newscenter.az xəbər verir ki, qəbul saat 11:00-da Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qax və Şəki rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qax rayonu “13 №-li Yol İstismarı” MMC və Şəki rayonu “12 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Sevinc
Xəbəri paylaş