Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərəf və tərəfsizlik siyasi yanaşmadan çox psixoloji mövqedir

Tərəf və tərəfsizlik siyasi yanaşmadan çox psixoloji mövqedir


Bəli, ailə bir kiçik dövlət modelidir və bu aksioma şəklini almış yanaşmadır. Hər bir dövlətin müttəfiqi (dostu) və rəqibi (düşməni) olduğu kimi ailələrin də öz dostu və öz düşməni var. Neytrallıq (bitərəflik) deyilən anlayış isə mücərrəd mənadadır, çünki o da qısa müəyyən dövr üçün və əsasən də keçid (çıxış) dövrünü əhatə edir və mütləq tərəfliyi müəyyən edən mərhələyə gətirir. Baxmayaraq ki, ümumən müttəfiqlik (dost), rəqib (düşmən) və neytrallıq (bitərəf) anlayışları da müvəqqəti xarakterlidir.

Ancaq ömrünə görə ən qısa bitərəflik, ən uzun isə düşmənçilikdir. Tərəf və tərəfsizlik siyasi yanaşmadan çox psixoloji mövqedir və əsasən də psixoloji durum siyasi mövqeyi ortaya çıxarır. Psixoloji durumu isə ailədə və dövlətdə aparılan təbliğat formalaşdırır. Ailədə aparılan təbliğat uşaq üçün gələcək dostu və düşməni müəyyən etdiyi kimi də dövlət də apardığı informasiya təbliğatına görə cəmiyyətin özündə hər hansı dövlətə qarşı müttəfiqlik və düşmənçilik meyilləri yaradır. Məqsəd və istəkləri özündə ehtiva edən ideoloji seçim də psixoloji anlamın nəticəsi kimi, qarşılıqlı bir-birini yaratmaq qabiliyətindədir. Ailə təbliğatına uyğun formalaşan həyat yolu (dəyərlər, peşə,dost-düşmən), dövlətdə də inkişaf (siyasi, hərbi, iqtisadi, mədəni) istiqamətləri müəyyənləşdirir.

Ailədə qərar verənin real faktlarla yanaşı adi qısqanclıq, rəqabət və simpatiya hissləri ailə təbliğatının, dövlətdə isə milli tarixi faktlar və hakimiyyət hissləri dövlət təbliğatının əsasını təşkil edir. Zaman yeni düşüncə gətirdiyindən yanaşmalar və mövqelər dəyişir, ancaq..

Vüqar Dadaşov
Xəbəri paylaş