Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni qərardan sonra müəllimlər bu məbləğdə maaş alacaq

Yeni qərardan sonra müəllimlər bu məbləğdə maaş alacaq


Hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var. Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq. Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq.

Newscenter.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir.

O qeyd edib ki, ölkədə bu gün üçün 129 min nəfər pedaqoji heyət var: "Bundan əlavə 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir".
Xəbəri paylaş