[center][/center
Rəqəmsal xidmətlərin təşviqatı və əhalinin bu xidmətlər haqqında məlumatlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və "PAŞA Holdinq"in sponsorluğu ilə keçirilən “Rəqəmsal Hökumət” təşviqat proqramının növbəti- beşinci mərhələsi yekunlaşıb.
Newscenter.az xəbər verir ki, “ASAN Könüllülük” Məktəbinin də dəstəyi ilə keçirilən proqram çərçivəsində xüsusi təlim keçmiş 12 könüllü Şamaxı sakinlərinə elektron dövlət xidmətləri, elektron ödənişlər, rəqəmsal həllərlə bağlı dəstək olub və sorğular keçirib. Gənclər fəaliyyətini Şamaxı rayon “ASAN xidmət” mərkəzində həyata keçiriblər.
EHİM tərəfindən həm fiziki, həm də onlayn şəkildə xüsusi təlimlər keçən rəqəmsal könüllülər “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, “ASAN ödəniş”, “ASAN Finans”, “e-Agro”, “e-sosial”, digər portallar və rəqəmsal həllər haqqında vətəndaşları maarifləndirib və ehtiyac olan məqamlarda onlara qeydiyyat prosesi ilə bağlı dəstək olublar. Rəqəmsal könüllülər tərəfindən vətəndaşlara, həmçinin, rih.gov.az portalının üstünlükləri, yerli icra hakimiyyətləri ilə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, habelə portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və digər istiqamətlər haqqında məlumat verilib, portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək göstərilib.
Könüllülər layihə çərçivəsində vətəndaşların maarifləndirilməsində fəal iştirakına görə təşəkkürnamələrlə mükafatlandırılıb.
İndiyədək "Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində 150-yə yaxın könüllü Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərib. Şamaxıda keçirilən proqram isə sayca beşinci, regionlar arasında isə ilkdir.
Sevinc