Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanıb


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə vəsiqə qazanıb.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda mübarizə aparmış Eldar Yusubovun yetirmələri 12 xalla ikinci yeri tutub.

Oyunlar zamanı komandanın əsas voleybolçularından bəzilərinin zədəli olması, eləcə də turnir müddətində gözlənilmədən alınan zədələr komandamızın oyununa da təsir göstərib. Bütün çətinliklərə baxmayaraq milli ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Görüşlərin gedişində qalib və ya məğlub olmasından asılı olmayaraq komandamızın yanında olan, onu dəstəkləyən hər kəsə təşəkkür edirik.

Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Bakıdakı matçlarımızı canlı yayımlayan CBC Sport telekanalına, komandamızı dəstəkləyən azarkeşlərimizə və oyunlarımızı işıqlandıran bütün media nümayəndələrimizə təşəkkür edirik.

İnanırıq ki, birlikdə daha böyük uğurlara imza atacağıq.

Oruc
Xəbəri paylaş