Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi ölkələrin siyasi dairələri faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər

Bəzi ölkələrin siyasi dairələri faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər


"Təcavüzkar əməllərindən əl çəkməyən Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlarını davam etdirməkdədir. Geniş miqyaslı son təxribatlar bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın 44 günlük Zəfərindən, onu zəlil və miskin vəziyyətə salan məğlubiyyətindən nəticə çıxarmayıb. Son təxribat zamanı Silahlı qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirərək, düşmənə ağır və sarsıdıcı zərbələr endirib. Bu, Azərbaycanın suverenliyinə, əhalimizin təhlükəsizliyinə və Beynəlxalq hüquqa söykənən legitim haqqımızdır".

Newscenter.az xəbər verir ki, bu fikirlər Ana Vətən Partiyasının bəyanatında yer alıb. Partiya təəssüf hissi ilə qeyd edib ki, yenə də bəzi ölkələrin siyasi dairələri ədalətə, haqqa və reallığa söykənməyən mövqe nümayiş etdirir, riyakarcasına faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər. Eyni zamanda Azərbaycan adı altında simasını pərdələyən anti-milli satqınlar ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə edirlər:

"Ana Vətən Partiyası Ermənistanın son təxribatlarını ərazi bütövlüyümüzə və suverenliyimizə növbəti qəsd kimi qiymətləndirir, Dünya ictimaiyyətini və aparıcı dövlətləri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı yönələn ardıcıl və sistemli addımlarına sərt mövqe nümayiş etdirməyə səsləyir, anti-milli ünsürlərin davranışlarını qətiyyətlə pisləyir, qəhrəman və igid Silahlı qüvvələrimizlə bərabər olduğunu bir daha bəyan edir".

Mehman
Xəbəri paylaş