Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu hərbi toqquşma bir daha onu göstərmiş oldu ki;...

Bu hərbi toqquşma bir daha onu göstərmiş oldu ki;...


Dünən axşam Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlər vəziyyətin artıq dözülməz olduğunu və Ermənistanın sülh prosesindən uzaqlaşmaq istədiyini, prosesdə baraqlı olan digər tərəflərin Azərbaycana qarşı baş verən təxribat hallarında səssiz qalmaq istədiyini aydın şəkildə göstərmiş oldu. Əlbəttə Ermənistanın Azərbaycana qarşı tutduğu düşmən mövqe bir daha onu sübut etmiş oldu ki, Ermənistan və ona dəstək verən qüvvələr regionda sülhün olmasını istəmirlər. Ermənistan tərəfinin gah sülh danışıqlarına tezliklə başlamaqla bağlı verdiyi açıqlamalar, gah da mütəmadi şəkildə təxribat hallarını artırması dünyanı çaşdırmaq niyyətlərindən xəbər verir. Ortada real sülh müqaviləsi olmasa, keçrilmiş görüşlər nəticəsində əldə edilmiş razılıqlar icra edilməsə, Azərbaycan prezidenti cənab İlham Əliyevin Ermənistana dəfələrlə sülh çağrışları etməsinə baxmayaraq Ermənistanın tutduğu təcavüzkar siyasət bundan sonra da davam edə bilər.

Şübhə yoxdur ki, dünyanın ən peşəkar ordularından biri halını almış Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını alır və bundan sonra da bu tendensiya davam edəcək. Sonuncu təxribat zamanı düşmənin hərbi hissəsinin sıradan çıxarılması, iki S-300 raket kompleksinin sıradan çıxarılması və bu kimi hallar Azərbaycan Silahlı Qüvvələrinin gücünü ortaya qoymuş olur. Bu hərbi toqquşma bir daha onu gpstərmiş oldu ki;

1) Ermənistan tezliklə Azərbaycanın şərtlərini qəbul edib sülh danışıqlarına başlamalıdır,
2) Maraqlı güclər regionda sülhün təmin olunmasına nail olmalıdır,
3)Azərbaycanın sülh çağrışları təşəbbüslərinə dərhal dəstək verilməlidir.

Sözügedən halların həyata keçdilməsi regionda sülhün təmin edilməsi baxımında önəmli əhəmiyyət daşıyır.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş