Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan Dəmir Yolları” QSC-də məlumat və təlim sessiyası keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də məlumat və təlim sessiyası keçirilib


“Azərbaycan Dəmir Yolları” QSC-də Transformasiya Proqramının icrası üzrə Koordinasiya Ofisinin komandası ilə məlumat və təlim sessiyası keçirilib.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, sessiyada ilk çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə və iqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı yeni Əməliyyatların idarəetmə sisteminin üstünlükləri və əlavə kapital сəlb edilmədən əldə edilən nəticələr, tranzit rejimi üzrə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat təqdim etdi. Çıxış zamanı qeyd edildi ki, tranzit həcmini artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatı həcmi müəyyən edilmiş və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılmışdır. Buna əlavə olaraq əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılmışdır. Narazı yükgöndərənlərlə görüşlər keçirilmişdir.

Nigar Qafarlı bildirdi ki, hazırda Gürcüstan Dəmir Yolu ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin Əməliyyatların idarəetmə sistemləri (ƏİS) və Orta müddətli Planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır. Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanması aradan qaldırılmışdır.

Eyni zamanda Qazaxıstan Dəmir Yolunun da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır.

Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov sözügedən məsələ ilə bağlı qeyd etdi ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanmış, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılmışdır. Bundan əlavə konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələblər işlənib hazırlanaraq model formalaşdırılmışdır. Azad Hüseynov daha sonra pilot layihə, onun rolu, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumatları iştirakçılara çatdırdı.

Daha sonra tədbirdə Cəmiyyətin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev təlim iştirakçılarına konteyner blok qatarlarının daha səmərəli hərəkəti məqsədilə həyata keçirilən pilot layihənin ilkin nəticələri ilə bağlı məlumat verdi. Belə ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkəti ilə bağlı gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapmışdır. Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57% azalmışdır.  

İlqar Mustafayev bildirdi ki, yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25% azalaraq 3 günə çatmışdır. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir.

Konsultant Dmitri Mokriy da həmçinin təlim iştirakçılarına pilot layihə barədə ətraflı məlumat verdi. Sonda isə əməkdaşların sualları və layihə ilə bağlı təklifləri öyrənildi.

Sevinc
Xəbəri paylaş