Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əksər hallarda özümüzdə deyil, daha çox ətrafdakılarda ədalətin səviyyəsinə qiymət verməyə çalışırıq

Əksər hallarda özümüzdə deyil, daha çox ətrafdakılarda ədalətin səviyyəsinə qiymət verməyə çalışırıq


İnsan yarandığı gündən həmişə ədalət axtarışında olub. Hansı məqamlarda ədalətli, hansı məqamlarda ədalətsiz oluruq? Bu suala birmənalı cavab vermək mümkün deyil. Əksər hallarda özümüzdə deyil, daha çox ətrafdakılarda ədalətin səviyyəsinə qiymət verməyə çalışırıq. İnsanın özündən uzaqlaşaraq başqalarının hadisələrə münasibətindəki ədaləti qiymətləndirmək hissi subyektivdir.

Başqalarının taleyinin səndən asılı olduğunu anlayanda çox vaxt ədalətsizlik başlayır, çünki maraq və mənafelər önə çıxır. Mənafeyini, istək və arzularını kənara qoyub, ideal mövqe göstərənlərin sayı azdı. Kommunizm ideologiyası meydana gələndə sosial ədalət prinsipi önə çıxdı və ictimai marağın şəxsi maraqdan üstünlüyü fikrini cəmiyyətə təlqin etdilər.

Zaman keçdikcə məlum oldu ki, bu, süni, bürokratik ideyalar idi. İnsanın iç dünyasındakı "mənim marağım, mənim istəyim" ədalət hissini üstələməyə başladı. Ədalətli insan ilk növbədə özünün mənsub olduğu mənəvi məkanla başqasının mənəvi məkanı arasında toqquşma yaratmamalıdır. Hər kəsin yaşadığı maddi, mənəvi bir mühit var. Başqası həmin məkanın sərhədlərinə azacıq da olsa toxunacaqsa, ədalət prinsipi, birgəyaşayış qaydaları pozulacaq. Ədalətli olmaq, öz hüquqlarının harada bitdiyini, başqasınınkının harda başladığını sona qədər dərk etməkdir. Bu, yüksək kamillik zirvəsi adlanır. Birgəyaşayışın əsas atributu konfliktə yol verməmək, psixoloji münaqişəyə getməmək, qarşı tərəfin hüquqlarının çərçivəsini anlamaqdır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş