Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki müharibənin qəhrəmanı olan XANIM

İki müharibənin qəhrəmanı olan XANIM


Fotoda Azərbaycan xalqının qəhrəman xanımlarından biri olan Əlizadə Şura Əli qızıdır. Qara Dəniz Donanmasının tibb xidmətinin kapitanı, Odessa, Sevastopol və Qafqazın müdafiəçisi kimi İkinci dünya müharibəsinin qəhrəmanları sırasında yer tutur. 22 iyun 1941-ci ildə orduya könüllü yazılmış, həm həkim, həm də döyüşçü kimi orduda xidmət etmişdir. "Moldavia" hospital gəmisində xidmət edən Şura xanım alman təyyarələri tərəfindən qəfil hücuma məruz qalmış, gəmi batırılan zaman yanında partlayan mərmidən şoka düşüb bir müddət Sevastapolda müalicə alıb yenidən ordu sıralarına qayıtmışdır. 9-cu dəniz piyada briqadasında xidmətini davam etdirib. Kerç, Sevastopol, Tuapse və Novorossiysk yaxınlığında döyüşlərdə iştirak etmiş, eyni zamanda yaralılara tibbi kömək etmişdir.

4-cü Dəniz Batalyonunun tərkibində Cankoy yaxınlığında Almanlarla əlbəyaxa döyüşdə o, şəxsən bir alman əsgərini əsir götürdüyünə görə ona briqada komissarı tərəfindən qol saatı verildi. Şura xanımın bu cəsarətini görən almanlar əlbəyaxa döyüşlər zamanı onunla üz-üzə gəlməkdən çəkinirdilər. Alban zabitləri öz snayperlərinə tapşırıq vermiş idilər ki, onu döyüş zamanı öldürsünlər. Şura xanım həm əlbəyaxa döyüşlərdə həm də digər strateji döyüşlər zamanı öndə getdiyi üçün döyüş yoldaşları onun ardınca gözlərini yumaraq ölüm də olsa sona qədər gedirdilər. Deyilənə görə onu bütün hərbi hissə qorumağa çalışırdı , amma Şura xanın yenə ilk olaraq döyüşə atılırdı. Almaniya ilə müharibənin sonuna qədər Sevastopolda Qara Dəniz Donanmasının hərbi xəstəxanasında xidmət etmiş, sonra Uzaq Şərqdə Yaponiyaya qarşı döyüşlərdə iştirak etmişdir. 1947-ci ildə Sakit Okean Donanmasından tərxis olundu.

Hərbi həkim Şura Əlizadə Qırmızı Müharibə Bayrağı, 1-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri, “Odessanın müdafiəsinə görə”, “Sevastopolun müdafiəsinə görə”, " Qafqazın müdafiəsi”, “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə medalları ilə təltif edilib.

Zaur Əliyev-docent
Xəbəri paylaş