Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR


Nizami rayonu 24 saylı 1-ci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən ünvanlanmış müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Keşlə bələdiyyəsinin binasında baş tutan qəbulda Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi əvəzi Anar Ağayev də iştirak ediblər.

Qəbul zamanı millət vəkili vətəndaşları fərdi və onlayn formatda dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat qərargahından Newscenter.az-a verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, pensiyanın bərpa edilməsi, xəstəlikdən əziyyət çəkən şəxsin müalicəsi ilə əlaqədar yardım göstərilməsi, binada baş verən partlayış zamanı evə dəymiş ziyanın qarşılanmasına köməklik göstərilməsi, məhəlləyə su sisteminin çəkilməsi və s. bu kimi məsələlər başlıca yer almışdır.

Ruhiyyə
Xəbəri paylaş